ABŞ cavab tədbirləri gözləyir və ABŞ Mərkəzi Komandanlığı yüksək hazırlıq vəziyyətindədir...
Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalının aparıcısı ilə söhbətində İsrailin İrana zərbə endirməyi planlaşdırdığını bildiyini deyib. O, həmçinin İranın danışıqlar masasına qayıdacağına ümid etdiyini bildirib.
“İranın nüvə bombası ola bilməz və ümid edirik ki, danışıqlar masası arxasına qayıdacaq. Baxacağıq. Rəhbərliyin bir neçəsi geri qayıtmayacaq”, deyə Tramp vurğulayıb.
Donald Tramp qeyd edib ki, İran cavab tədbirləri görərsə, ABŞ özünü və İsraili müdafiə etməyə hazırdır.
Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail “Aslanların milləti” adlı əməliyyata başlayıb. Baş nazir Benyamin Netanyahunun sözlərinə görə, əməliyyat “nə qədər lazımdırsa” davam edəcək.
İsrail ordusu iddia edir ki, İranın bir neçə gün ərzində bir neçə bomba hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş uranı var və o, bu “qabaqdan gələn təhlükəyə” qarşı tədbir görməlidir.
Poliqon.info