RU

Xamenei İran xalqına müraciət etdi

İsrailin bu gecə İrana hücumundan sonra İslam İnqilabının lideri Ayətullah Xamenei İran xalqına müraciət edib. 

"Unikal" xəbər verir ki, bu barədə İRNA məlumat yayıb. 

Xamenei müraciətində qeyd edib ki, Sionist rejim ağır cəza gözləməlidir: "Sionist rejim bu gün səhər tezdən sevimli məmləkətimizdə cinayətə öz çirkin və qanlı əlini açıb və yaşayış mərkəzlərini vurmaqla öz şər sifətini hər zamankından daha çox üzə çıxarıb. İslam Respublikası silahlı qüvvələrinin qüdrətli əli ondan əl çəkməyəcək.

Düşmən hücumlarında bir neçə komandir və elm xadimi şəhid olub. Onların davamçıları və həmkarları inşallah dərhal öz vəzifələrinə davam edəcəklər. Sionist rejim bu cinayətlə özünə acı və ağrılı aqibət hazırladı".

Ağarza Elçinoğlu 

Избранный
62
1
unikal.az

10Источники