RU

"Qalatasaray" Osimhen transferini elan edir

Viktor Osimhen "Qalatasaray"la müqavilə imzalaya bilər. Metbuat.az xəbər verir ki, tərəflərin anlaşmaq üzrə olduğu iddia edilir. Bildirilir ki, Osimhen "Qalatasaray"dan illik 20 milyon avro maaş alacaq. Bu ödənişin təxminən yarısı sponsorlar tərəfindən qarşılanacaq. İddialara görə, tək problem Osimhenin 5 illik, “Qalatasaray”ın isə 3 illik müqavilə imzalamaq istəməsidir.

Qeyd edək ki, Viktor Osimhenə ən yüksək təklifi “Əl Hilal” klubu irəli sürmüşdü. “Əl Hilal” “Napoli”yə 70+5 milyon avro, Viktor Osimhenə isə illik 45 milyon avro təklif etmişdi. İddialara görə, futbolçu təklifi rədd edib. Osimhenin yaxın dostu açıqlamasında məsələnin pulla bağlı olmadığını, Osimhenin karyerasını Avropada davam etdirmək istədiyini bildirib.

Избранный
18
metbuat.az

1Источники