RU

10 dan çox təyyarə Bakıda məcburi eniş etdi İsrail İran münaqişəsinə görə

ain.az bildirir, Yeniavaz portalına istinadən.

İran, İraq və İsrailin hava məkanında uçuşlara, o cümlədən Moskva, Sankt-Peterburq, Kazan və Mahaçqaladan uçan təyyarələrə məhdudiyyətlərin tətbiqi ilə əlaqədar bir sıra aviaşirkətlərin 10-dan çox təyyarəsi Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.

“Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) isə məlumat yayaraq Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar 13 və 14 iyun 2025-ci il tarixlərinə nəzərdə tutulan aşağıdakı reyslərin ləğv edildiyini bildirib:

- Bakı – Təl-Əviv – Bakı

J2 021/022 (13 iyun)

J2 321/322 (13 iyun)

J2 021/022 (14 iyun)

- Bakı – Dubay – Bakı

J2 011/012 (13 iyun)

- Bakı – Tehran – Bakı

J2 8017/8018 (13 iyun)

Xatırladaq ki, bu gecə İsrail İranın nüvə obyektlərinə və yüksək rütbəli hərbçilərinə qarşı əməliyyat keçirib. Hər iki ölkə öz hava məkanlarını bağlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Избранный
48
1
yeniavaz.com

2Источники