RU

Enerjisizliyin səbəbi bu 5 vitaminin çatışmazlığı ola bilər

Gündəlik həyatda yorğunluq, halsızlıq və enerjisizlik kimi şikayətləriniz varsa, bunun səbəbi bədənin ehtiyac duyduğu bəzi vitaminlərin çatışmazlığı ola bilər. Xüsusilə B12, D vitamini, dəmir, maqnezium və B kompleks vitaminlərinin yetərsizliyi enerji səviyyəsinin aşağı düşməsinə səbəb olur.


Pravda.az bildirir ki, B12 vitamini enerji istehsalında vacib rol oynayır və əksər hallarda veqan qidalananlarda çatışmazlıq müşahidə olunur.


Dəmir çatışmazlığı isə anemiya ilə nəticələnərək yorğunluq və zəiflik hissini artırır.


D vitamini, yalnız sümük sağlamlığına deyil, eyni zamanda enerji metabolizmasına da təsir edir.


Maqnezium həm əzələ funksiyaları, həm də yuxu keyfiyyəti üçün vacibdir. Əskikliyi hallarda əzələ zəifliyi, yuxusuzluq və hətta əhval pozğunluqları baş verə bilər.


B kompleks vitaminləri isə karbohidratların enerjiyə çevrilməsində və sinir sisteminin dəstəyində əhəmiyyətlidir.


Mütəxəssislər bildirir ki, davamlı enerjisizlik hiss edən şəxslər həkimə müraciət edib qan analizi verməli və vitamin səviyyələrini yoxlatmalıdır. Balıq, yumurta, süd məhsulları və günəş şüası kimi mənbələrlə vitamin çatışmazlığı qarşısı alına bilər.


Əminə Bayramova

Tarix: 13 İyun 2025, 09:47   
Избранный
33
2
pravda.az

3Источники