RU

Yassin Benzya “Qarabağ”a bu sözlərlə vida etdi

“Qarabağ”la yolları ayrılan Əlcəzair yığmasının yarımmüdafiəçisi Yassin Benzya Ağdam klubuna vida mesajı yayımlayıb.

Arena.az xəbər verir ki, 30 yaşlı futbolçu “İnstagram” hesabında bunları qeyd edib:

“Bu, karyeramda son dərəcə vacib bir fəslin sonudur. Bütün “Qarabağ” klubuna, rəhbərliyə, məşqçilərə (cənab Qurban Qurbanov, hər şey üçün təşəkkür edirəm), personala, azarkeşlərə və əlbəttə, komanda yoldaşlarıma təşəkkürümü bildirmək üçün söz tapmaqda çətinlik çəkirəm.

Başımın üzərindən keçən bütün hadisələrdən sonra məhz burada yenidən oynamaq sevincini tapdım. Kuboklar qazanmaq, qol vurmaq, komanda yoldaşlarıma qol ötürmələri vermək, komandamızın Avropada parlamasına kömək etmək, milli komandaya qayıtmaq… Sadəcə hər şey üçün təşəkkür edirəm! Həmişə qəlbimdə qalacaqsınız”.

Xatırladaq ki, Yassin Benzya 2023-cü ilin yanvar ayından “Qarabağ”da forma geyinirdi. Hücumameyilli yarımmüdafiəçi Ağdam klubunun heyətində bütövlükdə 104 oyuna çıxıb, 28 qol vurub, 25 məhsuldar ötürmə müəllifi olub. O, “Qarabağ”la 3 dəfə Azərbaycan çempionu olub, bir dəfə ölkə kubokunu qazanıb.

Yassin Benzya karyerası ərzində “Lill”, “Olimpik” (Lion), “Dijon”, “Fənərbaxça”, “Hatayspor”, “Olimpiakos” kimi klublarda da forma geyinib.

30 yaşlı yarımmüdafiəçi 2016-cı ilin mart ayında debüt etdiyi Əlcəzair yığmasında 15 oyunda 5 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Избранный
61
arena.az

1Источники