RU

İran kəşfiyatı İsrailin nüvə sirlırini aləmə yaydı


Bu günlərdə İranın İsrailin raket proqramı ilə bağlı məlumatlara çıxış əldə etdiyi bildirilirdi.Və İran mediası İsrail rejimindən alınan sənədlərin ilk seriyasını artəq dərc edib. Bu sənədlər MAQATE-nin baş direktoru Rafael Qrossinin İrana qarşı İsrail rejimi ilə tam əməkdaşlıq etdiyinə və sionist rejimin bütün göstərişlərinə əməl etdiyini göstərir. Bundan əvvəl İran mətbuatının İranın guya İsrailin nüvə proqramı ilə bağlı məxfi sənədləri əldə etdiyini bildirirdi. İyunun 8-də İranın informasiya (kəşfiyyat) naziri İsmayıl Xətib sənədləri “kəşfiyyat məlumatlarının xəzinəsi” adlandırıb.
Onun sözlərinə görə, əldə edilən məlumatlar ölkənin hücum potensialını gücləndirməyə kömək edəcək. İran kəşfiyyatı sənədlərin bəzilərinin İsrailin hərbi və raket proqramları ilə bağlı olduğunu bəyan edib. Məlumatdao da qeyd olunur ki, Tehran İsrailin nüvə hərbi proqramı, eləcə də “cari və gələcək proqramlar” haqqında məlumat, bu layihələrdə iştirak edən alimlər haqqında məlumatlar əldə edib. Tehran gizli məlumatları müttəfiqləri və anti-İsrail qrupları ilə bölüşməyi planlaşdırır.

Surxay Əliyev

Избранный
4
baki-xeber.com

1Источники