RU

Bakıda maşın piyadanın üstündən keçərək öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az APA-ya istinadən  xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda baş verib.

Belə ki, Vüqar Nadirov idarə etdiyi “VAZ 2107” markalı avtomobili ilə hərəkətdə olarkən sərxoş halda asfaltda uzanmış piyada Famil İsmayılovun üzərindən keçib, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Избранный
25
4
heftelik.az

5Источники