RU

Son hadisədən sonra ABŞ ilə nüvə müzakirələrinin növbəti raundu mənasızdır - İranlı parlamentari

Bakı. Trend:

İsrailin İrana hücumundan sonra nüvə proqramı haqda İran və ABŞarasında dolayı müzakirələrin 6-cı raundunun keçirilməsi məna kəsbetmir.

Trend-inməlumatına görə, bunu İran parlamentinin Milli Təhlükəsizlik vəXarici Siyasət Komitəsinin üzvü Əlaəddin Borucerdi yerli mediayaaçıqlamasında deyib.

Onun sözlərinə görə, İran xoşməramlılıq göstərərək, nüvəproqramı ilə bağlı şübhələri aradan qaldırmaq üçün müzakirələrdəiştirak edib. Lakin son hücumla İsrail və ABŞ İranın qırmızıxətlərini keçiblər.

Qeyd edək ki, İsrailin İrana hərbi hava hücumu nəticəsində çoxlusayda hərbçi, o cümlədən, Silahlı Qüvvələrin Baş Qərargah rəisigeneral Məhəmməd Hüseyn Baqeri və SEPAH baş komandanı Hüseyn Salamiölüb.

Избранный
18
1
az.trend.az

2Источники