İsrailin İrana hücumundan sonra Yaxın Şərqdə artan gərginlik qlobal enerji bazarlarını sarsıdıb.

İndex.az xəbər verir ki, qlobal bazarlarda neft qiymətləri son 5 ayın ən yüksək həddinə qalxıb.

Belə ki, “Brent” markalı neftin fyuçersləri 6,29 dollar (9,07%) artaraq 75,65 dollar/barelə çatıb.

Gün ərzində 78,50 dollara qədər yüksələn qiymətlər yanvarın 27-dən bu yana qeydə alınan ən yüksək qiymət olub.

ABŞ tipli WTI markalı xam neftin bir barreli 6,43 dollar (9,45%) artaraq 74,47 dollar olub.

WTI qiymətləri gün ərzində 77,62 dollara çatıb ki, bu da yanvarın 21-dən bəri qeydə alınan ən yüksək qiymətdir.