RU

Tasnim : Ən azı altı iranlı nüvə alimi İsrailin zərbələri nəticəsində həlak olub

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

İlkin məlumatlara görə, İsrailin İrana endirdiyi zərbələr nəticəsində azı altı nüvə alimi həlak olub.

Bizimyol.info xəbər verir ki, bu barədə İranın "Tasnim" xəbər agentliyi məlumat yayıb.

İsrail İranın nüvə proqramına qarşı yönəlmiş “Aslan qalxması” əməliyyatına başlayıb.

İsrail Müdafiə Qüvvələri bildirib ki, 200 qırıcı təyyarə gecə ərzində İranda 100-dən çox hədəfə hücum edib və nəticədə İranın üç yüksək rütbəli hərbi komandiri, o cümlədən rejimin baş qərargah rəisi, SEPAH komandiri və ölkənin fövqəladə hallar komandanlığının rəhbəri həlak olub.

İsrailin baş naziri Benyamin Netanyahu zərbələrin davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

İranın ali dini lideri Ayətullah Əli Xamenei İsrailin hərəkətlərinin cavabsız qalmayacağını deyib.

İran rəsmiləri Beynəlxalq Atom Enerjisi Agentliyinə də Buşehr atom elektrik stansiyasına hücum edilmədiyini və Natanz obyektində radiasiya artımının müşahidə olunmadığını bildiriblər.

İsrail hakimiyyəti İrana endirilən zərbələrdən sonra ölkənin hava məkanını növbəti xəbərdarlığa qədər bağladığını açıqlayıb.

İsrailin əsas beynəlxalq hava limanı olan Ben Qurion hava limanının mətbuat xidməti onun bütün terminallarının bağlı olduğunu vurğulayıb.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
77
bizimyol.info

1Источники