RU

Hələlik yalnız “Qarabağ”la razılaşdıqlarını bəyan etdilər, digərləri isə...

“Zirə” nin yay hazırlıq planı bəlli olub.

Sportinfo.az xəbər verir ki, qəsəbə təmsilçisi iyunun 14-də çalışmalara start verəcək.

Təlim-məşq toplanışının ilk hissəsini Bakıda keçəcək komanda iyulun 5-nə kimi paytaxtda məskunlaşacaq.

“Zirə” bu müddətdə 1 yoxlama oyunu keçirməyi planlaşdırır. Matç iyunun 30-da “Qarabağ”a qarşı keçiriləcək.

Hazırlığın növbəti mərhələsi isə Türkiyədə baş tutacaq. 5-17 iyul tarixlərində qonşu ölkədə olacaq "Zirə" bu müddətdə 4 yoxlama matçı keçirməyi planlaşdırır.

Oyunlar 8, 12 və 16 iyul( iki oyun) tarixlərində baş tutacaq. Rəqiblərin kimliyi barədə məlumat veriləcək.

Избранный
14
sportinfo.az

1Источники