RU

Ayətullah Xamnəi xalqa müraciət etdi: “İsraili ağır cəza gözləyir!”

İsrailin İrana hücumundan sonra Ayətullah Xamnəi İran xalqına müraciət edib.

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, o bu hücumu "çirkin və qanlı" adlandırıb.

Dini lider vurğulayıb: "İsraili ağır cəza gözləyir!"

"Düşmən hücumlarında bir neçə komandir və elm xadimi şəhid olub. Onların davamçıları və həmkarları, inşallah, dərhal öz vəzifələrinə davam edəcəklər. Sionist rejim (İsrail - red.) bu cinayətlə özünə acı və ağrılı aqibət hazırladı və cəzasını mütləq alacaq".

İranın Ali rəhbərindən sonra ölkənin Böhran Vəziyyətlərində İdarəetmə Qərargahı vətəndaşları sakitliyin, ictimai asayişin qorunması məqsədilə narahatlığa səbəb olacaq hər hansı tələsik hərəkətlərdən çəkinməyə, yalnız rəsmi və etibarlı məlumatlara diqqət yetirməyə, rəsmi xəbərləri və göstərişləri yalnız ölkə KİV-lərindən, etibarlı kommunikasiya kanallarından və rəsmi KİV-dən almağa çağırıb

"Kiberməkanda fəallar da cəmiyyətin psixoloji təhlükəsizliyini ilk növbədə düşünməli və mümkün olmayan səfərlərdən çəkinməlidirlər". 


Telegram kanalımız
Избранный
14
yenisabah.az

1Источники