İran ABŞ ilə nüvə danışıqlarını davam etdirməkdən imtina edib.

İndex.az “New York Times”a istinadən xəbər verir ki, bu barədə İranın milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Əlaəddin Borucerdi dövlət televiziyasında çıxışı zamanı bildirib.

“İran ABŞ ilə nüvə danışıqlarının altıncı raundunda iştirak etməyəcək”, – məlumatda qeyd olunub.