Tailandın Phuket adasından Delhiyə uçan "Air India" şirkətinə məxsus təyyarə göyərtəsində bomba təhlükəsi olduğu xəbərini aldıqdan sonra təcili eniş üçün müraciət edib.
Avtosfer.az-ın "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Phuket hava limanı nümayəndəliyindəki mənbə bildirib.
"AI 379 reysi eniş edib və hava limanının əməkdaşları fövqəladə hallarda tədbirlər planının həyata keçirilməsinə başlayıblar", - deyə mənbə bildirib.
Xatırladaq ki, iyunun 12-də "Air India" aviaşirkətinə məxsus "Boeing 787-8 Dreamliner" sərnişin təyyarəsinin Hindistanın qərbində qəzaya uğraması nəticəsində 310-dan çox insan həlak olub.