RU

Dəhşətli təyyarə qəzasından möcüzə nəticəsində sağ qurtuldu – VİDEO

Hindistanın qərbində qəzaya uğrayan Air India aviaşirkətinə məxsus Boeing 787 Dreamliner təyyarəsinin bir sərnişini sağ qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə ANI agentliyi polisə istinadən məlumat yayıb.

"Polis 11A nömrəli yerdə bir sağ qalan sərnişin aşkar edib", – hüquq-mühafizə orqanlarının nümayəndəsi bildirib.
 

Məlumata görə, qəzadan sağ çıxan sərnişin təyyarənin ön hissəsində oturubmuş və yüngül xəsarətlə xilas olub.


Xatırladaq ki, Londona uçan AI 171 reysi havaya qalxdıqdan qısa müddət sonra tibb kollecinə məxsus yataqxana binasına çırpılıb. Nəticədə təyyarənin göyərtəsindəki 242 nəfərdən 241-i həyatını itirib. Təyyarənin üzərinə düşdüyü yataqxana binasında da xeyli sayda ölən var.


Bizim.Media

Избранный
42
bizim.media

1Источники