RU

İrana hücumda iki yüzə yaxın İsrail təyyarəsi iştirak edib

İsrail ordusunun sözçüsü briqada generalı Effie Defrin bildirib ki, İrana hücumda iki yüzə yaxın İsrail təyyarəsi iştirak edib.

“Təyyarə zərbələr zamanı 330-dan çox sursat atıb”, – deyə “Times of Israel” qəzeti Defrindən sitat gətirir. Xatırladaq kİ, İsrail ordusu iyunun 13-nə keçən gecə İrana qarşı “Yüksələn Aslan” adlı genişmiqyaslı əməliyyata başlayıb.

Baş nazir Benyamin Netanyahu bildirib ki, İsrail İranın nüvə proqramında əsas obyektləri vurub. Netanyahu qeyd edib ki, Natanzdakı uranın zənginləşdirilməsi mərkəzi, bomba yaratmaq üzərində çalışan alimlər və ballistik raket proqramının komponentləri hücuma məruz qalıb.

//Samir Qurbanov, Editor.az

Избранный
13
editor.az

1Источники