RU

MN-dəki milyonluq mənimsəmə ilə bağlı məhkəmədə əmlaklara qoyulan həbsin götürülməsi istənilib

Bakı. Trend:

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisigeneral-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin MaliyyəXidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru QoşunlarınMaliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi DənizQüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadəninbarəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə növbətiməhkəmə prosesi keçirilib.

Trend xəbərverir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlininsədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Cəlal Kazımovunvəkili Əli Adıgözəlov müvəkkilinin əmlaklarına qoyulmuş həbsləbağlı apellyasiya şikayətini müdafiə edib.

Əmlaklara qoyulmuş həbs

O, müvəkkilinin ailə üzvlərinin əmlaklarına qoyulan həbsingötürülməsini istəyib:

“Biz bununla bağlı apellyasiya şikayəti vermişik. Təminolunmasını istəyirik. Bakı Hərbi Məhkəməsinin qərarı əsassızdır.Sənədlər təqdim etsək də, nəzərə alınmadı. Hətta Cəlal Kazımovunqızı Aytən Niftəlizadəyə qayınanası tərəfindən alınan əmlaka həbsqoyulub. Bununla yanaşı, Cəlal Kazımovun həyat yoldaşı NüşabəKazımovanın, oğlu Emin Kazımzadənin əmlaklarına həbs qoyulub. EminKazımzadənin əmisinin ona bağışladığı əmlaka belə həbs qoyulub.Məhkəmədən şikayətin təmin olunmasını xahiş edirik”.

Məhkəmənin növbəti iclası iyunun 30-da keçiriləcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsininsabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin(HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, QuruQoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, HərbiHava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə,Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi,polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar vəTəchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyinmənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət MirzəyevDövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyatnəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmətörətmək) maddəsi ilə ittiham irəli sürülüb.Cinayət işi üzrəümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manat hesablanıb.Cinayətişləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyəgöndərilib.Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismindətanınıb.Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Nizami Məmmədov vəBayram Bayramov hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, VüsalƏlizadə isə 10 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Dövlətbüdcəsinə vurulmuş ziyanı tam ödəmədikləri üçün təqsirləndirilənşəxslərin üzərinə həbs qoyulan əmlakları dövlətə dəymiş ziyanın tamödənilməsinə yönləndirilməsi məqsədilə dövlət nəfinə keçirilməsiüçün müsadirə olunub.

Məqalədə:
Избранный
27
5
az.trend.az

10Источники