RU

Qvardiola: “Bu uğursuzluğu “Real”da yaşasaydım…”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərədə və İspaniyada məşqçiyə etimadla bağlı sualı cavablayıb.

Arena.az DAZN şəbəkəsinə istinadən, 54 yaşlı ispan mütəxəssisin müvafiq cavabını təqdim edir:

“Mən qaydasınca getməyən işi həmişə gərək olduğu axara çevirə bilmişəm, amma bu il bu, mənə müyəssər olmadı. Əgər builki kimi ili İspaniyada keçirsəydim, onda oktyabrda, noyabrda ya da dekabrda komandanı artıq çalışdırmazdım. Əgər bu, “Barsa” və ya “Real” yaşansaydı, onda məni artıq qovmuşdular, ancaq burada müvafiq söhbət belə, olmayıb.

Azacıq daha artıq səbr göstərmək gərəkdir. Karlo Ançelottiyə baxın: daha əvvəl o, Çempionlar Liqasını və La Liqanı qazndı, indi isə Braziliya millisini çalışdırmağa yollandı”, deyə Qvardiola vurğulayıb.

Xatırladaq ki, Qvardiolannı “şəhərlilər”i 2024/2025-ci illər mövsümündə çıxış etdikləri bütün yarışlarda uğursuzluğa düçar olaraq, mövsümü qənimətsiz başa vurublar. Amma buna rəğmən, “Mançester Siti” rəhbərliyi klubun uğurlarının tarixi memarına etimadını əsirgəməyib, “Pep” “şəhərlilər”i növbəti mövsümə hazırlamağa davam edir.

Избранный
37
arena.az

1Источники