İran, İraq və İsrailin hava məkanında tətbiq edilən məhdudiyyətlər fonunda Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşların təhlükəsiz davam etdirilməsini təmin etmək üçün bir sıra aviaşirkətlərdən müraciətlər daxil olub.
Oxuməni.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib.
Qəbul edilmiş operativ qərarlar və əlaqələndirilmiş tədbirlər nəticəsində səhər saatlarında aşağıdakı beynəlxalq reyslər Bakı Hava Limanına uğurla enib:
AJet – İstanbul-Tehran (Boeing 737)
Fly Dubai – Minsk-Dubay, Kazan-Dubay, Sankt-Peterburq-Dubay, Moskva-Dubay (Boeing 737)
Air Arabia – Moskva-Şarja (Airbus A320)
Jazeera Airways – Mahaçqala-Küveyt, Moskva-Küveyt (Airbus A320)
Etihad Airways – Moskva-Əbu-Dabi (Boeing 787)
Türk Hava Yolları – İstanbul-Phuket (Boeing 777); İstanbul-Sinqapur (Airbus A330)
Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərin təhlükəsizliyi, rahatlığı və operativ logistika koordinasiyası prinsiplərinə tam uyğun olaraq bu reyslərin qəbulunu təmin edib.
Oxuməni.az