RU

İsrailin İrana hücumu ilə neftin qiyməti kəskin artıb, Brent markalı neftin barreli 75,2 dollar olub

Finss.az xəbər verir ki, cümə günü səhər saatlarında İsrailin İrana zərbə endirməsi xəbəri ilə neftin qiyməti kəskin şəkildə yüksəlir.

Londonun ICE Futures birjasında Brent markalı avqust fyuçerslərinin qiyməti Moskva vaxtı ilə saat 8:11-ə 5,8 dollar (8,36%) artaraq 75,16 dollar/barelə çatıb. Cümə axşamı günü bu müqavilələr 0,41 dollar (0,59%) azalaraq 69,36 dollar/barelə düşüb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində iyul ayı üçün WTI neftinin fyuçersləri 5,91 dollar (8,69%) bahalaşaraq 73,95 dollar/barelə çatıb. Cümə axşamı sessiyasının sonunda bu müqavilələrin qiyməti 0,11 dollar (0,16%) azalaraq 68,04 dollar/barel təşkil edib.

Axios xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələri cümə axşamı İrandakı nüvə və raket obyektlərinə onlarla zərbə endirib.

Избранный
19
fins.az

1Источники