RU

ABŞ Suriyaya hava hücumu - İŞİD lideri öldürüldü

ABŞ Silahlı Qüvvələri Suriyanın şimal-qərbində həyata keçirdiyi hava hücumu nəticəsində İŞİD terror təşkilatının liderlərindən biri – Rahim Boevi zərərsizləşdirib.


Manset.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) rəsmi "X" sosial şəbəkəsində paylaşım edib.

Məlumatda qeyd olunub ki, iyunun 10-da həyata keçirilən hava zərbəsi nəticəsində Boev məhv edilib. CENTCOM-un açıqlamasına əsasən, Rahim Boev ABŞ tərəfdaşlarına, mülki şəxslərə və vətəndaşlara qarşı planlaşdırılan xarici əməliyyatlarda iştirak edib.

“Hava hücumu ABŞ qüvvələrinin və müttəfiqlərinin təhlükəsizliyinə qarşı yönəlmiş hücumların qarşısını almaq məqsədi daşıyır və bu istiqamətdə regional tərəfdaşlarla əməkdaşlıq çərçivəsində həyata keçirilib”, – paylaşımda bildirilib.

Избранный
44
manset.az

1Источники