“Mənim cavabım belədir: əgər bu baş verərsə, Amerika dağıdıcı güclə cavabla İranın bütün neftayırma zavodlarını və neft infrastrukturunu məhv etməli, Ayətullahı və onun yaxınlarını neft biznesindən qovmalıdır”, - amerikalı senator vurğulayıb.
![]() |
Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib| VİDEO |
Xatırladaq ki, bu gecə İsrail İrana qarşı “Am Kelavi” (“Aslan kimi millət”) kod adlı hərbi əməliyyata başlayıb. İsrailin Hərbi Hava qüvvələrinə məxsus təyyarələri Tehran da daxil olmaqla İranda bir sıra hədəflərə hücum edib.
Sahil İsgəndərov
AzVision.az