RU

İsraildə hava nəqliyyatı dayanıb

BAKI, TurkicWorld

İsrailin İrana hücumundan sonra bölgədə hava nəqliyyatı iflic olub.

TurkicWorld xəbər verir ki, İsrailin İran ərazisinə endirdiyi hücumdan sonra Yaxın Şərq bölgəsində hava nəqliyyatı ciddi şəkildə pozulub.

Təhlükəsizlik səbəbindən bir sıra ölkələr hava məkanlarını bağlayıb, beynəlxalq uçuşlar isə alternativ marşrutlara yönləndirilib.

İraq və İran hava məkanlarının növbəti xəbərdarlığa qədər tam bağlandığı bildirilib. İordaniya isə bölgədəki hərbi gərginliyi əsas gətirərək hava məkanını müvəqqəti olaraq bütün uçuşlar üçün bağlayıb.

Uçuş izləmə sistemlərinin məlumatlarına əsasən, İranın hava sahəsi tamamilə boşalıb. Eyni mənzərə İraq və Suriya üzərində də müşahidə olunur. Hava yolları şirkətləri təyyarələrin marşrutlarını dəyişərək bu ərazilərdən yan keçməyə başlayıblar.

Qeyd edək ki, İsrailin son hücumu Tehrandan İsfahan və Təbrizə qədər bir neçə İran şəhərini hədəfə alıb. Artan gərginlik regionda beynəlxalq aviasiya təhlükəsizliyi üçün ciddi risklər yaradıb.

Избранный
36
turkic.world

1Источники