RU

İsrailin hücumu nəticəsində SEPAH komandanının öldüyü təsdiqlənib

Bakı, 13 iyun, AZƏRTAC

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) komandanı general-leytenant Hüseyn Salami İsrailin gecə hücumları nəticəsində öldürülüb.

AZƏRTAC xəbər verir ki, SEPAH rəhbərinin müavini general Əli Fədavi bu barədə İran dövlət televiziyasının efirində deyib.

İran Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, hücum nəticəsində, həmçinin Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri, Silahlı Qüvvələrin Mərkəzi Qərargahının (“Xatəm əl-Ənbiya” - hava hücumundan müdafiə qüvvələrinin qərargahı) komandanı general-leytenant Qulam Əli Rəşid də ölənlər arasındadır.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələrinin 200-dən çox qırıcısı gecə ərzində İranda 100-dən çox hədəfə hücum edib.

“Bu gecə Hərbi Hava Qüvvələrinin 200-dən döyüş təyyarəsi dəqiq kəşfiyyat təlimatları əsasında hərəkət edərək, İranın yüksək rütbəli hərbçilərinin sığınacaqları da daxil olmaqla, 100-dən çox hədəfə hücum edib”, - deyə SAXAL-ın mətbuat xidmətinin bəyanatında bildirilir.

İsrail ordusunun rəsmi nümayəndəsi Efi Defrin jurnalistlər üçün təşkil olunan brifinqdə İrandakı hədəflərə 330-dan çox müxtəlif növ sursatla zərbələr endirildiyini açıqlayıb.

 

Избранный
57
azertag.az

1Источники