RU

İran: İsrail bütün qırmızı xətləri keçdi

İsrail İrana hücum etməklə bütün qırmızı xətləri keçdi. Bu barədə İran ordusu bəyanat yayıb. Xarici KİV-in yaydığı məlumata görə, İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında deyilir ki, Tehranın cavab tədbirləri ilə bağlı heç bir məhdudiyyəti yoxdur.


“İndi Qüdsü işğal edən terrorçu rejim bütün qırmızı xətləri keçdiyinə görə, bu cinayətə cavab vermək üçün heç bir məhdudiyyət qalmadı”, - bəyanatda deyilir. 

 Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və yaşayış kompleksləri olub.

Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib.


Tural

Избранный
56
11
news365.az

10Источники