İran Baş Qərargahı İsrailin hücumları ilə bütün qırmızı xətləri keçdiyini və hücuma cavab olaraq heç bir məhdudiyyət tanımayacaqlarını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqirinin də həyatına son qoyan İsrailin hücumları ilə bağlı İran Baş Qərargahı açıqlama yayıb.
Bəyanatda aşağıdakılar da yer alıb:
“Qüdsü işğal edən terrorçu rejim indi bütün qırmızı xətləri keçsə də, bu cinayətə qarşı cavabın həddi olmayacaq”.