RU

“İndi rəqabətə qayıtmağın və dünya kubokunu qazanmağın vaxtıdır”

PSJ-nin baş məşqçisi Luis Enrike qarşıdan gələn Klublararası dünya çempionatında qalib gəlmək əzmində olduqlarını bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, turnirin başlamasını səbirsizliklə gözlədiklərini söyləyib:

“Bizdə çox yaxşı hiss var. Biz unikal, yeni yarışmada oynayacağıq. Burada olmaqdan çox şadıq.

Klublararası dünya çempionatında oynamaq fantastikdir. Bazar günü məşqə başlamağı və turnirin başlamasını səbirsizliklə gözləyirik.

Klub tarixində ilk dəfə Çempionlar Liqasını qazanmaq PSJ üçün inanılmazdır. İndi rəqabətə qayıtmağın və Klublararası dünya kubokunu qazanmağın vaxtıdır.

Turnirə Avropa klubu, yəni, “Atletiko” ilə oyunla başlayacağıq. Bu mövsüm Çempionlar Liqasında qarşılaşdığımız üçün bir-birimizi yaxşı tanıyırıq.

Çətin matç olacaq, lakin biz istənilən kluba qarşı oynamağa hazırıq”.

Turnir bu il iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək.

PSJ son mövsümdə çempionluq, kubok və Fransa superkubokunu qazanıb, tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub.

Избранный
12
sportinfo.az

1Источники