Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Astana, 13 iyun, AZƏRTAC
Qazaxıstan geoloji kəşfiyyat işlərini genişləndirir. Belə ki, təkcə 2025-ci ilin birinci rübündə mis, nikel, kömür, qızıl və nadir torpaq metallarının proqnozlaşdırılan ehtiyatlarına malik 38 perspektivli sahə müəyyən edilib.
AZƏRTAC Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, 2026-cı ilə qədər ölkə ərazisinin geoloji-geofiziki kəşfiyyatı 2,2 milyon kvadrat kilometrə çatdırılmalıdır.
if (!$ISMOBILE) : ?>
if ($GETCOUNTRY == 'RU'): ?>
else:?>
endif;?>
include(__DIR__.'/320x100.php');?>
2025-ci ilin birinci rübündə genişmiqyaslı tədqiqatlar aparılıb: aerofotoşəkillərin deşifrə edilməsi, marşrut tədqiqatları, qazma, su və radiasiya nümunələrinin təhlili, həmçinin geokimyəvi və ofis araşdırmaları həyata keçirilib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.