AFFA U-14 Liqasında 2024/2025-ci illər mövsümünə yekun vurulub. Msport.az xəbər verir ki, “Qarabağ” çempionatın qalibi olub. “Ulduz” 2-ci, “Sabah” isə 3-cü yeri tutub.
Mövsüm ərzində 38 qol vuran “Amasiya”nın oyunçusu İlham Qubadov ən məhsuldar futbolçuya verilən mükafata sahib olub. “Qarabağ”ın üzvü Ramil Əmirquliyev isə mövsümün ən yaxşı oyunçusu seçilib.
Qeyd edək ki, Ramil millimizin sabiq üzvü Rahid Əmirquliyevin oğludur.
“Qarabağ”ın U-14 komandasının köməkçi məşqçisi isə millimizin daha bir sabiq futbolçusu Maksim Medvedevdir.