RU

Ermənistanın müdafiə naziri ölüm ayağındadır? -VİDEO

Ermənistan Milli Assambleyasının Müdafiə və Təhlükəsizlik Komitəsində son aylar geniş müzakirələrə səbəb olan qanun layihəsi müzakirə olunur. Söhbət hakim Vətəndaş Müqaviləsi Partiyasından olan deputat Hayk Sarkisyanın təklif etdiyi “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı “orduda xidmət keçmək və ya pul müqabilində azad olmaq” adlandırılan qalmaqallı qanun layihəsindən gedir.


Yerli medianın yaydığı məlumata görə, Müdafiə Nazirliyindən qanun layihəsinin müzakirəsində nazir müavini Arman Sarkisyan iştirak edib. Müxalifəti təmsil edən deputatlar müdafiə naziri Suren Papikyanın prosesdə niyə iştirak etməməsini soruşublar. Komitə sədri Andranik Koçaryan suala belə cavab verib: “Müdafiə naziri son vaxtlar özünü pis hiss edir, səhhətində yaranan problem daha da ağırlaşıb”.

Sosial şəbəkələrin erməni seqmentində bu açıqlama daha da şişirdilib. İddia olunur ki, guya nazir ölüm ayağındadır.


Tural

Избранный
19
news365.az

1Источники