RU

Böyük Britaniya Yaxın Şərqdə gərginliyin artmasından narahatdır

BAKI, TurkicWorld

İsrailin İrana hücumundan sonra Britaniyadan narahatlıq dolu açıqlama gəlib.

TurkicWorld xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Keir Starmer və Xarici işlər naziri David Lammy İsrailin İrana hücumlarına dair narahatlıqlarını ifadə ediblər və tərəfləri gərginliyi azaltmağa çağırıblar.

“Hücumlarla bağlı xəbərlər ciddi narahatlıq doğurur. Bütün tərəfləri dərhal geri çəkilməyə və gərginliyi azaltmağa çağırırıq. Yaxın Şərqdə sabitlik bizim prioritetimizdir və bunun üçün diplomatiyaya qayıtmaq zəruridir.” - deyə Starmer şəxsi "X" hesabında yayımladığı açıqlamada bildirib.

“Bu gecə baş verən hadisələrdən dərin narahatlıq duyuruq. Yaxın Şərqdə gərginliyin artması nə bölgə, nə də dünya üçün faydalı ola bilər. Bu, çox təhlükəli bir zamandır və bütün tərəflər təmkinli davranmalıdır.”- deyə Xarici işlər naziri David Lammy isə bildirib.

Böyük Britaniya Xarici İşlər Nazirliyi isə ayrıca açıqlamasında bu hücumlarda ölkələrinin iştirakının olmadığını vurğulayıb. “Biz bu hücumun heç bir mərhələsində iştirak etməmişik. Hadisələr çox sürətlə inkişaf edir. Bölgədə olan vətəndaşlarımıza rəsmi səyahət xəbərdarlıqlarına riayət etməyi tövsiyə edirik.”- deyə nazirlikdən yayılan bəyanatda bildirilib.

Qeyd edək ki, İsrailin bu günlərdə İrana endirdiyi hücumlar nəticəsində bir sıra hərbi və mülki obyektlərin vurulduğu, çox sayda insanın həlak olduğu bildirilir. Bu, Yaxın Şərqdə gərginliyi daha da artırıb və beynəlxalq ictimaiyyətin reaksiyasına səbəb olub.

Избранный
6
turkic.world

1Источники