ABŞ Daxili Təhlükəsizlik Departamenti yüz minlərlə immiqrantın Birləşmiş Ştatlarda yaşamaq və işləmək icazələrinin ləğv edildiyi və ölkəni tərk etmələri barədə xəbərdarlıq edib.
Operativ Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Xəbərdarlıq Bayden dövründən qalma amnistiya proqramı vasitəsilə ABŞ-yə gələn Kuba, Haiti, Nikaraqua və Venesuela vətəndaşlarına şamil edilir.
Bildiriş bu ölkələrin vətəndaşlarının elektron ünvanlarına göndərilib.