RU

“Mossad” agentləri İran ərazisində PUA bazası qurublar

“Mossad”

İsrail illərdir İranın “nüvə və raket proqramlarına” qarşı əməliyyata hazırlaşır.

Reyting.az
xəbər verir ki, bunu adının çəkilməsini istəməyən təhlükəsizlik rəsmisi “Times of Israel” qəzetinə deyib.

Onun sözlərinə görə, plana İran ərazisində pilotsuz uçan aparat (PUA) bazası tikmək və ölkəyə qaçaqmalçılıq yolu ilə dəqiq silah sistemləri və xüsusi təyinatlıların gətirilməsi daxil olub. Bütün səylər ordu ilə “Mossad” kəşfiyyat agentliyi arasında diqqətli birgə planlaşdırmaya əsaslanıb.

Rəsmi deyib ki, “Mossad” agentləri İran ərazisində - Tehran yaxınlığında pilotsuz təyyarə bazası yaradıblar. Pilotsuz təyyarələr gecə saatlarında yerləşdirilib və İsraili hədəf alan raket sistemlərini vurub.

Bundan əlavə, silah sistemləri olan avtomobillərin qaçaqmalçılıq yolu ilə İrana keçirildiyi iddia edilir. Bu sistemlər İranın hava hücumundan müdafiəsini sıradan çıxarıb və İsrail təyyarələrinə İran üzərində hava üstünlüyü və hərəkət azadlığı verib.

İsraildəki mənbə iddia edir ki, üçüncü gizli cəhd “Mossad” xüsusi təyinatlıları tərəfindən İranın mərkəzindəki hava hücumundan müdafiə obyektləri yaxınlığında dəqiq raketlərin yerləşdirilməsidir.

Mənbə əlavə edib ki, əməliyyatlar “İranın mərkəzində fəaliyyət göstərən və yerli kəşfiyyatdan tamamilə gizlədilmiş qabaqcıl texnologiya, xüsusi təyinatlılar və agentlər tərəfindən innovativ düşüncə, cəsarətli planlaşdırma və cərrahi müdaxiləyə” əsaslanıb.

ELÇİN
Избранный
55
3
reyting.az

4Источники