RU

İsrail İran arasında baş verənlər gözlənilən idi

ain.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, dünən axşam İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə zərbələr endirib.

İsrailin İranın müxtəlif ərazilərinə endirdiyi hava zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salami ölüb.

Yaşanan gərginliklə bağlı AZXEBER.COM-a danışan siyasi şərhçi Mübariz Göyüşlü baş verənlərin gözlənilən olduğunu bildirib:

"Bu hücum gözlənilirdi. İllərdir ki, İran-İsrail ilə çox gərgin münasibətlərdə idilər. Biz yaxın aylarda iki ölkənin qarşılıqlı raket hücumlarının da şahidi olmuşduq. İran və İsrail birbaşa quru sərhədləri olmayan iki ölkədir. Bəlkə də quru sərhədləri olsaydı, bu mübarizə quru qoşunlarının müharibəsinə qədər gedib çıxardı. Dünən baş verən hadisə də gözlənilən idi. Çünki ABŞ-də Trump hakimiyyətə gəldikdən sonra onun İsrailə açıq dəstəyi daha güclü idi. İrana qarşı çox ciddi təzyiqlər hələ müşahidə olunurdu. İsrail də üslubunu sərtləşdirmişdir. Hətta Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Gross də açıqlama vermişdi ki, İranda nüvə proqramı ilə bağlı narahatlıqların mövcud olduğunu açıqlamalarında dilə gətirmişdi. Bu, təbii ki, artıq İsrailə əlavə hərəkətlənmələr üçün şərait yaratmışdı

Politoloq deyib ki, İrana sarsıdıcı zərbələr vurulub: 

"İrana çox ciddi hava zərbələri endirilib. İranın da buna cavabı olacaq. Amma bu cavab İsrailin endirdiyi zərbələr qədər effektiv olacaqmı, bax bu inandırıcı deyil. Çünki əvvəllər də bu tip hadisələr baş verən zaman İranın zərbələri İsrailin zərbələri qədər dəqiq və təsiredici olmayıb. İsrailin bundan əvvəlki zərbələri də o qədər təsiredici olmayıb, ancaq bu dəfə tam əksinə çox sarsıdıcı zərbələr endirilib".

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Şərhçi bildirib ki, münaqişə müharibə mərhələsinə qədər gəlib çıxsa dünyanı ciddi fəlakətlər gözləyir:

"BMT başda olmaqla aparıcı dövlətlər və təşkilatlar bu mövzuda barışdırıcı mövqedən çıxış etməyə çalışmalı, xüsusən, ABŞ Trump administrasiyası və bölgənin növbəti bir gərgin, müharibəli, problemli məhrələdən keçməsinə çalışmalıdır. Əgər çox ciddi şəkildə müharibə mərhələsinə qədəm qoyulsa proseslər, Yaxın Şərqi və dünyanı ciddi fəlakətlər, kataklizmlərin içərisində görə bilərik".

İran İsraili müharibəsi başlasa, Azərbaycana necə təsir edəcək? sualına cavab verən siyasi şərhçi bu halın arzuolunmaz və təhlükəli olduğunu bildirib:

"Bu çox təhlükəli və arzuolunmaz bir ssenaridir. İran bizimlə geniş sərhəddə malik olan qonşu dövlətdir. İsrail-İran münaqişəsi çox qaynar fazaya keçərsə bunun Azərbaycana da müəyyən təsiretmə ehtimalı var. Ancaq bu zaman Azərbaycan üçün daha təhlükəli məsələlər ortaya çıxa bilərmi, xeyir. Azərbaycan öz sərhəddini də, təhlükəsizliyini qormaq gücünə malik olan Cənubi Qafqazın ən güclü dövlətidir. Bu mənada əhalinin çox təşvişə düşməsinə ehtiyac yoxdur. Ancaq ümumən götürsək müharibənin fazası genişlənərsə problemlərin ola bilmə ehtimalı var. Azərbaycan bu vəziyyətdən çıxacaq gücdədir".

Günel Hüseynli

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
38
46
azxeber.com

10Источники