RU

Balaxanı neftçiləri hasilat ərazilərinin ekoloji mühafizəsinə dair elmi sessiyada iştirak ediblər (FOTO)

Bakı.Trend:

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) dosentiMətləb Atayev “Balakhani Operating Company LTD”-nin təşəbbüsü iləhasilat ərazilərinin ekoloji mühafizəsi mövzusunda elmi sessiyakeçirib. Bu günlərdə qeyd edilən "Ümumdünya Ətraf MühitinMühafizəsi günü"nə həsr edilən akademik müzakirəyə Balaxanıneftçiləri ilə yanaşı “Surakhani Oil” və “Azgerneft” şirkətlərininəməkdaşları da qoşulublar.

Elmi sessiya zamanı dosent Atayev sənaye müəssisələrinin ekolojipasportlarının tərtibatı, beynəlxalq normativ aktlara əsasəntullantıların səciyyələndirilməsi və müvafiq dərəcələri, eləcə dəhasilat ərazilərində sanitar-ekoloji mühafizə zonalarına dairtələbatlar, heyət üzvlərinin səhhətinə təsirlərinminimallaşdırılması üçün əməliyyatların səmərəli şəkildə qurulmasıkimi mövzulara toxunub.

Mühazirə zamanı laya təsir üsulları ilə bağlı kimyəvi, mexanikivə termiki alətlərin istifadəsinə dair araşdırmaların nəticələrimüzakirə olunub.

Sual-cavab hissəsi ilə davam edən elmi sessiyadan sonra ətrafmühitin mühafizəsi üzrə şirkət prezidentinin müavini Ramil Əliyevçıxış edib. O vurğulayıb ki, Prezident İlham Əliyevin müvafiqqərarlarına əsasən ildən-ilə təkmilləşən ölkənin ekoloji mühafizəyədair normativ bazasına uyğun olaraq “Balakhani Operating CompanyLTD” hasilat ərazilərində lay suların bu ildən etibarən artıq100%-nin utilizə edilməsi, onların torpaq qatlarına təkrarqaytarılması, o cümlədən tullantılara məruz qalan torpaqların80%-nin müxtəlif üsullarla rekultivasiya edilib təmizlənməsinə nailolub.

Hasilat ərazilərinin ekoloji mühafizəsinə dair digər əhəmiyyətliaddımlar səmt qazlarının idarəolunması üzrə infrastrukturunyenilənməsi və bununla da sızmaların qarşısının tam alınması,davamlı olaraq yaşıllıq zolaqlarının artırılması istiqamətindəatılıb.

O, əlavə edib ki, hasilat şirkəti istehsal prosesində əmələgələn tullantıların təkrar emalı üzrə tərəfdaşlarla qurulanlayihələrin sayını da artırmaqda davam edir.

Qeyd edək ki, bu ilin fevralında “Balakhani Operating CompanyLTD” ADNSU ilə Anlaşma Memorandumu imzalayaraq bir sıraistiqamətlərlə yanaşı ekoloji mühafizə və dayanıqlılıq üzrə elməəsaslanan innovativ həll yollarının birgə işlənilməsi üzrə razılıqəldə ediblər.

Balaxanı
Balaxanı
Balaxanı
Balaxanı
Balaxanı
Məqalədə:
Избранный
60
5
az.trend.az

8Источники