RU

Hindistanda təyyarə qəzasında ölənlərin ailələrinə 115 min dollar veriləcək

Hindistanda “Air India” şirkətinin sədri Natarajan Çandrasekara bəyanat verib.

Operativ Media xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Postda faciəli hadisə ilə bağlı dərin kədər ifadə olunub və yaxınlarını itirən ailələrlə həmrəylik mesajı verilib.

Tata Group mərhumların ailələrinə təxminən 115 min dollar ödənişin ediləcəyi və yaralıların müalicə xərclərinin də qarşılanacağı bildirilib.

Təyyarə qəzasında ziyan dəymiş BJ Tibb Kollecinin tikintisinə dəstək veriləcəyi də qeyd olunub.

Избранный
10
operativmedia.az

1Источники