Bu gün Bakıda akrobatika üzrə Dünya kuboku start götürür.
"Football-plus.az" xəbər verir ki, yarışda yeddi ölkədən - Azərbaycan, Çin, Almaniya, Ukrayna, Qazaxıstan, Hindistan və Özbəkistandan 63 idmançı çıxış edəcək.
Komandamızın heyətində Raziyə Seyidli - Ağasif Rəhimov, Milana Əliyeva - Sabir Ağayev qarışıq cütləri, Murad Rəfiyev - Daniel Abbasov kişilər dueti, Rəsul Seyidli, Riad Səfərov, Seymur Cəfərov və Abdulla Əl-Meşaihidən ibarət kişilər qrupu, həmçinin Nəzrin Zeyniyeva, Anahita Bəşirli və Zöhrə Rəşidovadan ibarət qadınlar qrupu yer alıb.
Qeyd edək ki, akrobatika üzrə Dünya kuboku iyunun 15-ə kimi davam edəcək.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта