Türkiyənin Sivas vilayətinin Gürün rayonunda 4 bal gücündə zəlzələ qeydə alınıb.
Milli.Az-ın xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat verib.
Yeraltı təkanların ocağı 7 kilometr dərinlikdə yerləşib.
Hadisə ilə bağlı hazırda əlavə məlumat verilməyib. Rəsmilər vəziyyəti nəzarətdə saxladıqlarını bildirirlər.
Milli.Az