RU

Azərbaycan iqtisadiyyatı böyüyüb

2025-ci ilin yanvar-mayında ölkədə 50 milyard 99,5 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3 % azalıb, qeyri neft-qaz sektorunda isə 3,9 % artıb.

5 ay ərzində əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 4 896 manat olub.

Cari ilin dörd ayında  əhalinin hər nəfərinə düşən ÜDM 3 841,8 manata bərabər olub.

Aytac Zeynalova

Избранный
35
anews.az

1Источники