RU

Azərbaycanda qəzalarda ölüm hallarının sayını necə azaltmaq olar? EKSPERTDƏN QURUMLARA TƏKLİF VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Dünyanın hər yerində yol qəzaları baş verir. Amma məsələ bu deyil. Əsas məsələ odur ki, baş verən qəzalara hansı şəkildə təsir göstərmək mümkündür? Qəzalara səbəb olan amillər müəyyən olunmalı və onların qarşısının alınması üçün konkret, sistemli qərarlar verilməlidir.

Hər bir ölkənin yol infrastrukturunda elə həllər tətbiq edilməlidir ki, qəza olsa belə, bu hadisələr ölüm və ağır nəticələrlə yox, maksimum yüngül xəsarətlə və ya maddi zərərlə nəticələnsin. Məhz bu yanaşma həm sürücünü, həm piyadanı, həm də ümumi nəqliyyat sistemini qoruyan ən vacib yanaşmadır.

Bəs qəzaların nəticələrini yüngülləşdirmək üçün şəhərlərdə və şəhər ətrafı yollarda nə kimi addımlar atılmalıdır?

Mövzu ilə bağlı Nəqliyyat eksperti Rauf Ağamirzəyev Avtosfer.az-a bildirib ki, ilk növbədə şəhər küçələri ilə şəhər ətrafı sürətli yollar arasında fərqlər nəzərə alınmalı və hər biri üzrə ayrı-ayrılıqda həll yolları tətbiq edilməlidir:

“Şəhər daxilində küçələr çoxfunksiyalı olmalıdır. Şəhər küçəsi dedikdə, yalnız avtomobillərin hərəkət etdiyi yol deyil, bütün hərəkət iştirakçılarını nəzərə alan infrastruktur nəzərdə tutulmalıdır. Burada piyadalar üçün səkilər, mikromobillik vasitələri, velosiped və skuterlər üçün zolaqlar, avtobuslar üçün ayrıca hərəkət zolaqları və eyni zamanda fərdi avtomobillər üçün təhlükəsiz hərəkət elementləri nəzərdə tutulmalıdır. Piyadalar arasında azmobillik kateqoriyasında olan şəxslər, əlilliyi olan insanlar, uşaqlı valideynlər, yaşlılar da xüsusi diqqətlə nəzərə alınmalıdır.”

Ekspertin fikrincə, şəhər daxilində təhlükəsizliyi artırmaq üçün səkilər geniş və maneəsiz olmalı, keçidlər isə qısa məsafədə və eyni səviyyədə təşkil olunmalıdır:

“İki və daha artıq hərəkət zolağı olan küçələrdə “təhlükəsizlik adacıqları” qurulmalıdır. Əgər piyada bir dəfəyə yolu keçə bilmirsə, təhlükəsizlik adacıqları ona dayanacaq məntəqəsi rolu oynayır. Həmçinin, bu adacıqlar sürücüləri diqqətli olmağa vadar edir. Bu tip keçidlərdə kontrast işıqlandırma vacibdir. Belə keçidlər daha yaxşı görünür və qəzanın qarşısı əvvəlcədən alınmış olur. Yol zolaqları ensiz olduqda isə sürücülər sürəti avtomatik aşağı salır, bu da qəzanın ölümcül nəticələnməməsinə şərait yaradır.”

Rauf Ağamirzəyev qeyd edib ki, şəhər ətrafı sürətli yollarda isə müxtəlif səviyyəli keçidlər, yəni yerüstü və yeraltı keçidlər təşkil edilməlidir:

“Lakin bu keçidlər sadəcə formal yox, real şəkildə əlçatan və istifadəyə yararlı olmalıdır. Azmobillik qruplar və mikromobillik istifadəçiləri üçün də bu keçidlər əlverişli olmalıdır. Təəssüf ki, bəzi keçidlərin yaxınlığında piyada səkiləri yoxdur və ya keçidə çatmaq üçün uzun, əyri dolama yol getmək lazım gəlir. Bu zaman insanlar qeyri-rəsmi yollarla hərəkət edir və təhlükə artır. Bu problemi həll etmək üçün yerli icra orqanları da yol infrastrukturunun bir hissəsi olan səkilərin vəziyyətinə cavabdeh olmalıdır.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Azərbaycanda qəzalara səbəb olan əsas problemlərdən biri də işıqlandırmadır. Paytaxt Bakıda və digər şəhərlərdə bir çox vacib yol sahələri zəif işıqlandırılıb. Xüsusilə gecə saatlarında sürücülər üçün bu böyük təhlükə yaradır. Bəzən piyada vurulması hadisəsi sırf işıqlandırmanın zəif olması səbəbindən baş verir. Halbuki sürücü məsuliyyət daşısa da, belə halların qarşısı texniki həllərlə alınmalıdır. Dünyanın bir çox ölkələrində magistral yollar tam şəkildə işıqlandırılır. Bizdə isə bu yalnız süni qurğuların olduğu yerlərlə və yaşayış məntəqələrinin yaxınlığı ilə məhdudlaşır. Bu praktika dəyişməlidir.”

Ekspert, həmçinin, qurumlarla yanaşı vətəndaşların, xüsusən də sürücülərin məsuliyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, qəzaların qarşısının alınması üçün sürücülər avtomobillərinin sazlığını təmin etməli, hava şəraitinə uyğun təkərlərdən istifadə etməli və nişanların verdiyi xəbərdarlıqlara əməl etməlidirlər:

“Elektron tablolarda və yol nişanlarında qeyd olunur ki, müəyyən hava şəraiti zamanı sürət azaldılmalıdır. Qışda yay təkəri ilə hərəkət edənlər və ya yağışlı havada sürətini azaltmayanlar qəzanın səbəbkarı olurlar. Əgər yolda təmir işləri aparılırsa, əlavə nişanlar qoyulmalı, sürət müvəqqəti olaraq aşağı salınmalıdır.”

Rauf Ağamirzəyev sonda onu da deyib ki, infrastruktur islahatları və sürücü davranışlarının tənzimlənməsi paralel şəkildə aparılmalıdır. Yalnız bu zaman yol təhlükəsizliyi təmin oluna bilər.

Qeyd: Bu material Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Jurnalistika və İnkişaf Mərkəzi” İnkişaf Birliyi tərəfindən həyata keçirilən “Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı layihə çərçivəsində hazırlanmışdır. Materialda qeyd edilən fikir və mülahizələr Agentliyin rəsmi mövqeyini əks etdirmir.

Müəllif: Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
18
avtosfer.az

1Источники