Almaniya kansleri Fridrix Merts İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığı aparıb.
“Report” xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Telefon danışığı zamanı tərəflər Yaxın Şərqdəki vəziyyəti, o cümlədən İsrail və İran arasında gərginliyin artmasını müzakirə ediblər.