RU

"Sevilya" baş məşqçisi ilə bağlı qərar verib

AEK-nin sabiq baş məşqçisi Matias Almeyda karyerasını İspaniyada davam etdirməyə yaxındır.

90deqiqe.Az xəbər verir ki, argentinalı mütəxəssis “Sevilya” ilə razılıq əldə edib.

Almeyda Əndəlus klubu ilə aparılan danışıqlarda 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləyə razılıq verib. Hazırda tərəflər son sənədləşmə işlərini tamamlayır və müqavilənin yaxın vaxtlarda rəsmiləşdirilməsi gözlənilir.

Marko Nikoliç bir müddət əvvəl La Liqa klubundan ayrılıb. "Sevilya" İspaniya La Liqasının son mövsümündə zəif çıxış edib. Komanda 41 xal toplayıb və turnir cədvəlini yalnız 17-ci yerdə başa vurub.

Избранный
9
90deqiqe.az

1Источники