Bakı. Trend:
İyunun 14-ü gündüz Azərbaycanın şimal və qərb rayonlarındanbaşlayaraq 17-si gündüzədək bəzi yerlərdə fasilələrlə yağışyağacağı, şimşək çaxacağı gözlənilir.
Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumatverilib.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın leysan intensiv vəgüclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qarakeçəcəyi ehtimalı var.
Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylardasululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan bəziçaylarda qısamüddətli sel və daşqın olacağı ehtimal edilir.