RU

Salyanda 15 iyun - Milli Qurtuluş Günü qeyd edildi — FOTOLAR

“15 iyun–Milli Qurtuluş günü” münasibəti ilə Salyan RİH başçısı Rüstəm Xəlilov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin çoxsaylı  nümayəndələri Heydər Əliyev adına Parkda Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək, müasir, müstəqil Azərbaycanın banisi və qurucusu dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər. 

Demokrat.az
xəbər verir ki, Azərbaycan Respubikasının dövlət himninin səsləndirilməsi ilə başlayan rəsmi yığıncaqda çıxış edən Salyan Rayon icra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov bildirib ki, 15 iyun 1993-cü il müstəqil Azərbaycan dövlətçiliyinin xilası, xalqın siyasi iradəsinin təntənəsi və Ümummilli lider Heydər Əliyevin xalq qarşısında tarixi xilaskarlıq missiyasını yerinə yetirdiyi şanlı gündür. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı Milli Qurtuluşunun növbəti ildönümünü qeyd edir. Bu gün Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gündür. 

Rayon rəhbəri bildirib ki, Azərbaycanın bugünkü siyasi, iqtisadi uğurları, hərbi qüdrəti, dünyada böyük nüfuz qazanaraq mühüm qlobal problemlərin həllində qətiyyətli söz sahibinə çevrilməsi, məhz Milli Qurtuluşun bəhrələridir. Qalib xalq olaraq bundan sonra bu yolda atdığımız hər bir addım müstəqilliyimizi daha da gücləndirəcək! 

Tədbirdə digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının ictimai-siyasi, mədəni, iqtisadi inkişafına xidmət edən şərəfli ömür yolunun mühüm məqamlarına toxunub, ölkəmizə və xalqımıza milli qurtuluş bəxş etdiyini qeyd ediblər.











Избранный
42
demokrat.az

1Источники