Klubun adına yeni sponsorun, yəni “Azerbaijan Sport Talents Academy” şirkətinin abbreviaturası ASTA da əlavə olunacaq. Bu xəbəri dəqiqləşdirmək üçün “Mingəçevir”in mətbuat katibi Elnur Qasımova müraciət etdik:
“Biz bunun yayılmasını istəmirdik. Daxildən mediaya məlumat sızdırılıb. Doğru məlumatdı. Hazırda bununla bağlı sənədləşdirmə işləri gedir. Klubun adı, çox güman, “ASTA Mingəçevir” olacaq”.
MÜZƏFFƏR QULUZADƏ