İsrail-İran münaqişəsi tarixində ilk dəfə olaraq İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Baqeri məqsədyönlü hərbi əməliyyat nəticəsində öldürülüb.
Bu barədə hərbi ekspert Üzeyr Cəfərov News365.az-a açıqlamasında məlumat verib.
Ekspert bildirib ki, bu vaxta qədər bu səviyyədə yüksək rütbəli bir hərbçi hədəf alınmamışdı:
“İndiyədək İranla İsrail arasında müxtəlif toqquşmalar və qarşılıqlı hücumlar olub, lakin bu dəfə məsələ daha fərqlidir. İlk dəfədir ki, bu qədər yüksək vəzifəli bir şəxs – İran Silahlı Qüvvələrinin baş qərargah rəisi birbaşa hərbi əməliyyatla aradan götürülür.”
Onun sözlərinə görə, əvvəlki illərdəki gərginliklər nisbətən qısa müddətdə səngisə də, bu dəfə vəziyyətin daha da dərinləşəcəyi gözlənilir:
“Bu prosesin tezliklə bitəcəyini düşünmürəm. Hesab edirəm ki, qarşıdurma daha da uzanacaq.”
Ekspert əlavə edib ki, hazırda regionda çoxsaylı həyəcanlı xəbərlər yayılmaqdadır və ölənlərin təkcə hərbçilərlə məhdudlaşmadığı bildirilir:
“İran rəsmilərinin açıqlamalarına əsasən, təkcə hərbi rəhbərlik deyil, siyasətçilər arasında da həyatını itirənlər var.”
Cəfərovun fikrincə, hazırkı məqamda ABŞ-la İran arasında nüvə zənginləşdirilməsi məsələsində danışıqların davam etdiyi bir vaxtda İsrailin belə bir addım atması təsadüfi deyil:
“Ötən ilin oktyabrından bəri İsrail onsuz da digər bir münaqişəyə cəlb olunub və Netanyahu hökuməti oradan konkret nəticə əldə edə bilməyib. Bu səbəbdən indi atılan bu addım diqqətlə izlənilməlidir.