RU

Azərbaycan Respublikasının Qanunu

“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 14 (Cild I); 2024, № 1, maddə 19, № 2, maddə 137, № 7, maddə 755, № 12 (II kitab), maddələr 1328, 1350; 2025, № 1, maddələr 4, 7; Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 176-VIIQD nömrəli Qanunu) ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 13-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. birinci hissənin səkkizinci abzasına ikinci halda “yaş” sözündən sonra “(bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hal istisna olmaqla)” sözləri əlavə edilsin;

1.2. ikinci hissə aşağıdakı redaksiyada verilsin:

“Ordu generalı, habelə müvafiq icra hakimiyyəti orqanının və Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumlar istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin edilən rəhbəri və müavini üçün yaş həddi müəyyən edilmir. Həqiqi hərbi xidmətdə və ya ehtiyatda olmağın son yaş həddini keçmiş həmin şəxslər vəzifədən azad edildikdə yaşa görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar.”.

Maddə 2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 56 (Cild I); 2024, № 2, maddə 137, № 4, maddə 363, № 12 (II kitab), maddələr 1328, 1350; 2025, № 1, maddə 4; Azərbaycan Respublikasının 2025-ci il 14 fevral tarixli 138-VIIQD nömrəli və 7 mart tarixli 152-VIIQD nömrəli qanunları) 39-cu maddəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 39.1.5-ci maddəyə ikinci halda “yaş” sözündən sonra “(bu Qanunun 39.2-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla)” sözləri əlavə edilsin;

2.2. 39.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“39.2. Ordu generalı, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumlar istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin edilən rəhbəri və müavini üçün yaş həddi müəyyən edilmir. Həqiqi hərbi xidmətdə və ya ehtiyatda olmağın son yaş həddini keçmiş həmin şəxslər vəzifədən azad edildikdə yaşa görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 may 2025-ci il

 

Избранный
41
7
xalqqazeti.az

10Источники