RU

Neymar karyerasını Türkiyədə davam etdirəcək?

Məşhur braziliyalı vinger Neymar "Santos"dan ayrılaraq karyerasını Türkiyədə davam etdirə bilər.

Publika.az xəbər verir ki, 33 yaşlı futbolçu ilə "Fənərbağça" maraqlanır. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, İstanbul klubu Neymara bir illik müqavilə təklif edib. Sazişdə anlaşmanın daha bir mövsüm üçün uzadılma imkanı da nəzərdə tutulub. Neymarın "Santos"la müqaviləsində Avropadan istənilən komandaya sərbəst keçidinə icazə verən xüsusi bənd var.

Bu mövsüm Neymar bütün turnirlərdə 14 oyunda meydana çıxıb, 3 qol və 3 assistlə yadda qalıb.

Избранный
28
publika.az

1Источники