RU

Kim Çen Inın gözləri qarşısında qəzaya uğrayan esminesin briqada rəisi ÖLÜB

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Şimali Koreyanın Çxondjin gəmiqayırma zavodunda esminesin çevrilməsi ilə nəticələnən qəza zamanı briqada rəisi vəzifə başında həlak olub.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) xəbər verib.

Bildirilir ki, söhbət Ço Qım Hök adlı şəxsdən gedir. O, Çxondjin gəmiqayırma zavodunun gəmi modernləşdirmə sexinin birinci briqadasına rəhbərlik edib.

Xatırladaq ki, mayın 21-də Çxondjin şəhərində yerləşən gəmiqayırma zavodunda beş min tonluq yeni esminesin suya buraxılması mərasimi zamanı qəza baş verib - gəminin arxa hissəsinin buraxılış arabası vaxtından əvvəl stapeldən çıxıb və maneəyə çırpılıb. Hadisəyə Kim Çen Inın reaksiyası dərhal və sərt olub. KXDR lideri baş verənləri "böyük qəza və cinayət" kimi qiymətləndirib.

Qeyd edək ki, şimali koreyalı mütəxəssislər tərəfindən yenidən sudan çıxarılan gəmi artıq bərpa edilib və yenidən suya buraxılıb. Kim Çen In bərpa mərasimində çıxış edərkən briqadirin ölümünə münasibət bildirib:

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

"Bu yoldaş gəminin inşası uğrunda apardığı mübarizə zamanı səhhətindəki problemlərə baxmayaraq, iş yerini tərk etməyib, bütün varlığını bu günə sərf edib və vəzifə başında dünyasını dəyişib".

Kim Çen In, həmçinin tezliklə ölkəyə məxsus esmineslərin Sakit okeanda üzəcəyini və daha iki belə gəminin inşasının nəzərdən keçirildiyini vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
8
oxu.az

1Источники